QR CodeQR Code

Səudiyə rejimi Hudeydə limanında atəşkəsi 173 dəfə pozub

12 Aug 2021 14:08

İslamTimes: Yəmən ordusunun zabitlərinin qərargahı Səudiyə rejiminin təcavüzkarlarının və muzdlularının Qərbi Yəmənin Hudeydə əyalətində atəşkəsi gündə 173 dəfə pozduğunu deyib.


Avqustun 11-i Səudiyə rejiminin koalisiyasının yaraqlıları Yəmənin Saada, Marib və əl-Cəvf əyalətlərində yaşayış obyektlərini bir neçə dəfə bombalayıb.

"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, potensial itkilər və dağıntılar barədə hələ məlumat verilməyib.

Qeyd edək ki, 2015-ci ilin mart ayında Səudiyə rejimi ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə Yəmənə qarşı müharibə başlatdı və onu qurudan, dənizdən və havadan mühasirəyə aldı. Ali-Səud rejimi və müttəfiqlərinin Yəməndəki təcavüzkar əməliyyatları 17 mindən çox yəmənlinin ölümü, on minlərlə insanın yaralanması və milyonlarla yəmənlinin yurdlarından qaçqın düşməsi ilə nəticələndi.


Story Code: 948162

News Link :
https://www.islamtimes.org/az/news/948162/səudiyə-rejimi-hudeydə-limanında-atəşkəsi-173-dəfə-pozub

Islam Times
  https://www.islamtimes.org