0
Saturday 14 August 2021 - 09:31

Rus ekspert: Merkel Rusiyaya vida üçün gəlir

Story Code : 948509
Rus ekspert: Merkel Rusiyaya vida üçün gəlir
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Kamkin deyib.

O bildirib ki, kansler Kiyevə səfərindən öncə Moskva ilə konsultasiya aparmaq niyyətindədir:

“Ötən həftə kanslerin Ukraynaya səfər edəcəyi ilə bağlı yayılan məlumatlar Moskvada böyük anlaşılmazlıqla qarşılandı. Ona görə də sərt reaksiyanı yumşaltmaq məqsədilə Merkel Rusiyaya gəlməyi nəzərdə tutur”.

Kamkinin sözlərinə görə, danışıqların mövzusu standart olacaq. Belə ki, Almaniya və Rusiya rəsmiləri iqtisadiyyat, energetika, sanksiyalar və s. mövzularda müzakirələr aparacaq.

Qeyd edək ki, Merkelin avqustun 20-də Rusiyaya, 22-də Kiyevə səfəri nəzərdə tutulur.