0
Saturday 14 August 2021 - 10:34

KİV: Əfqanıstan prezidenti ölkəni tərk etməyə hazırlaşır

Story Code : 948528
KİV: Əfqanıstan prezidenti ölkəni tərk etməyə hazırlaşır
APA xəbər verir ki, bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın müxbirinin qeyd etdiyinə görə, “Qaninin axşam saatlarında müraciət edəcəyi və hər an ölkəni tərk edə biləcəyi gözlənilir”. Məlumat Əfqanıstan rəsmiləri tərəfindən nə təsdiq, nə də inkar olunub.

Qeyd edək ki, “Taliban” hərəkatının silahlıları hökumət qüvvələrinə qarşı hücuma keçib. Müxtəlif mənbələrə görə, radikallar İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəd ərazilər də daxil olmaqla Əfqanıstan ərazisinin 85%-ə qədərini nəzarətdə saxlayır.