0
Saturday 14 August 2021 - 22:21

İraq Parlamenti üzvü: Çalışırıq ki, Suriya da toplantıda iştirak etsin

Story Code : 948644
İraq Parlamenti üzvü: Çalışırıq ki, Suriya da toplantıda iştirak etsin
1990-cı ildən bu günədək ilk dəfədir ki, Bağdadda böyük bir toplantı keçirilməsi planlaşdırılır. Avqustun sonlarında keçirilməsi nəzərdə tutulan Bağdad Zirvəsi İraqın beş qonşusu (İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniya) da daxil olmaqla təxminən 10 ərəb ölkəsi, məntəqə ölkələri və bir neçə Avropa ölkəsinin iştirakı ilə gerçəkləşəcək.

Mavazin News-un veridiyi xəbərə görə, İraq rəsmisi Amir əl-Faez deyib: "Suriya hələ ki, iclasa dəvət edilməyib. Amma İraq hazırda Fransa, Səudiyyə Ərəbistanı və BƏƏ kimi bəzi ölkələri Suriyanın Bağdad zirvəsinə qatılmasına razı salmağa çalışır. Çünki bu iclasın təşkilində hədəf məntəqədə barışıq, sülhə nail olmaqdır!"