0
Saturday 14 August 2021 - 23:07

"ABŞ yarımadada olduğu müddətcə problemlər həllini tapmayacaq!"

Story Code : 948654
"ABŞ yarımadada olduğu müddətcə problemlər həllini tapmayacaq!"
Şimali Koreyanın Çindəki səfiri, ingilis dilli bir Çin saytına verdiyi müsahibədə bildirib ki, son zamanlarda ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirməklə rəsmi Vaşinqtonun Şimali Koreyaya qarşı düşmənlik üzərində qurulmuş siyasətini açıq-ayın göstərdi. Şübhəsiz ki, onlar bu qərəzli addımlarının bədəlini ödəyəcəklər.

"Global Times" saytına yazdığına görə, Şimali Koreyanın Çindəki səfiri Rey Riunq Nam bildirib ki, ABŞ-ın təlimlərinin vaxtı göstərdi ki, ABŞ öz qüvvələrindən Şimali Koreyanı məhv etmək üçün istifadə etmək niyyətindədir. ABŞ-ın bugünki fəaliyyətləri Şimali Koreya xalqının təhlükəsizliyini təhdid edir.

Koreyalı diplomat deyib: "Təlimlərin miqyasından və növündən asılı olmayaraq, aydın görünür ki, bu təlimlər müharibə hazırlığıdır. Hətta bu müharibə nüvə müharibəsidir. ABŞ Şimali Koreyaya qarşı qabaqlayıcı zərbələr endirmək üçün döyüş proqramını təkmilləşdirməyi hədəfləyir."
Related Stories