0
Sunday 15 August 2021 - 20:23

Moskva: Talibanın Əfqanıstanı nəzarətə götürməsinin günahkarı Amerikadır!

Story Code : 948761
Moskva: Talibanın Əfqanıstanı nəzarətə götürməsinin günahkarı Amerikadır!
Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bu gün Əfqanıstanda baş verən hadisələr və taliblərin paytaxta daxil olmasına münasibət bildirib. O bu qəmli mənzərənin ABŞ-ın Əfqanıstanda illər boyu varlığının mənzərəsi olduğunu söyləyib.

Zamir Kabulob həmçinin Rusiya KİV-nə verdiyi açıqlamada əlavə edib ki, Rusiyan Əfqanıstanla bağlı BMT Təhlükəsizlik Şurasında təcili toplantı keçirilməsi üçün digər ölkələrlə müzakirə aparır.

Əksər analitiklər Əfqanıstandakı mövcud vəziyyəti ABŞ-ın təxminən iyirmi il ərzində bu ölkədə yürütdüyü uğursuz siyasətlə əlaqələndirirlər.