QR CodeQR Code

Əfqanıstanın paytaxtı Kabildə on minlərlə insan İmam Hüseynə (ə) əza yürüşü keçirdi

17 Aug 2021 01:21

İslamTimes: Bu gün (16 avqust) günorta saatlarında məhərrəm ayının 7-ci günü Əfqanıstanın paytaxtı Kabilin qərbindəki Barçi düzündə “Onçe Bağbanan” ərazisində İmam Hüseyn (ə) üçün matəm mərasimləri keçirilib.


Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, mərasim, yüksək səviyyəli Taliban liderlərinin Əfqanıstan prezident sarayına girməsindən bir gün sonra, Kabilə və ətrafında Taliban qüvvələrinin gəlməsindən sonra baş tutub.

Xəbərə görə, Kabilin qərb hissəsindəki 13 bölgədə yerləşən Taliban qüvvələri küçələrdə az-az görünür.

Minlərlə Əhli-Beyt (ə) və İmam Hüseyn (ə) aşiqləri Kabilin qərbindəki küçələrdə İmam Hüseynin (ə) və 72 şühədanın şəhadətinə sinəzənlik edərək, yaşıl və qara bayraqlar tutaraq əza saxlayıblar.

Bu gün Kabil əhalisi, dünyanın bir çox ölkəsindəki müsəlmanlar kimi, Kərbəla ələmdarı Həzrət Əbülfəzl Abbas (ə) üçün əza məclisləri təşkil edir. Kabilin qərbindəki küçələrdə “Ya Hüseyn”, “Ya Əbülfəzl Abbas” yazılmış böyük bayraqlar asılıb.

Bu gün Kabilin hər yerində bayraq qaldırma mərasimi xüsusi bir coşğu ilə keçirilib və qara geyimli, yaşıl və qırmızı çalmalı minlərlə əzadar İmam Hüseynə (ə) və Həzrət Əbəlfəzlə olan sevgilərini çatdırıblar.

Qəzni camaatından gələn xəbərlərə görə, Hezari şiələri də hər il olduğu kimi, İmam Hüseyn (ə) üçün matəm mərasimlərini böyük izdihamla təşkil edirlər.

Hər il təhlükəsizlik böyük miqdarda polis və könüllülərin iştirakı ilə təmin edilir, lakin bu il paytaxtdakı vəziyyət Taliban qüvvələrinin təsiri altında bir qədər etibarsız hala düşməsinə baxmayaraq, Məhərrəmlik mərasimi heç bir narahatlıq olmadan keçirilib.

Taliban qüvvələri küçələrdə nadir hallarda görünür və əsasən təhlükəsizlik bölgələrində yerləşdiriliblər. /Deyerler/


Story Code: 948972

News Link :
https://www.islamtimes.org/az/news/948972/əfqanıstanın-paytaxtı-kabildə-on-minlərlə-insan-imam-hüseynə-ə-əza-yürüşü-keçirdi

Islam Times
  https://www.islamtimes.org