QR CodeQR Code

“İndi Qani dövründən daha yaxşıdır” - Rusiyadan Taliban açıqlaması

17 Aug 2021 16:38

İslamTimes: Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov Talibanın mövqeyini yüksək qiymətləndirərək, hələ də rəsmən Moskvanın terror təşkilatları siyahısında olan hərəkatın əvvəlki hökumətlə müqayisədə ilk 24 saatda paytaxtı daha təhlükəsiz yerə çevirdiyini söyləyib.


Teleqraf.com xəbər verir ki, Jirnov Talibanın indiyə qədərki addımlarından təsirləndiyini bildirərək, yanaşmalarını “yaxşı, pozitiv və sistemli” adlandırıb.

“Vəziyyət dinc və yaxşıdır, şəhərdə hər şey sakitləşib. Kabildə hazırda vəziyyət Əşrəf Qani dövründən daha yaxşıdır. Rejim dünən kağız ev kimi yıxıldı. Orada qarışıqlıq, hakimiyyət boşluğu vardı və talançılar küçələrə axışmışdılar”, - səfir qeyd edib.

Rusiya səfiri əvvəlcə silahsız Taliban üzvlərinin paytaxta girdiyini, hökumət və ABŞ qüvvələrindən silahlarını təhvil vermələrini istədiklərini söyləyib. Jirnov deyib ki, silahlı Taliban qoşunları Qani qaçdıqdan və komendant saatı tətbiq edildikdən sonra Kabilə daxil olub.

Jirnov Talibanın 100-dən çox şəxsi heyəti olan Rusiya səfirliyinin təhlükəsizlik xəttini nəzarətə aldığını və hərəkatla ətraflı təhlükəsizlik danışıqları aparacağını açıqlayıb.

Dmitri Jirnov Talibanın Rusiya diplomatlarını əvvəlki razılaşmalara uyğun olaraq qoruyacağını vəd etdiyini, Qərbin qorxularının hələ də həyata keçmədiyini söyləyib.

Rusiya səfiri Kabildə bütün məktəblərin qızlar da daxil olmaqla yenidən təhsilə başladığını diqqətə çatdırıb.


Story Code: 949052

News Link :
https://www.islamtimes.org/az/news/949052/indi-qani-dövründən-daha-yaxşıdır-rusiyadan-taliban-açıqlaması

Islam Times
  https://www.islamtimes.org