0
Tuesday 17 August 2021 - 22:10

Avropa Birliyi: Əfqanıstanın yeni hökuməti ilə əməkdaşlıq şərti olacaq

Story Code : 949097
Avropa Birliyi: Əfqanıstanın yeni hökuməti ilə əməkdaşlıq şərti olacaq
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Cozef Borrel, Əfqanıstanda baş verən son hadisələrə toxunaraq, Avropa Birliyinin Əfqanıstanda təşkil ediləcək gələcək hökumətlə əməkdaşlıq şərtləri haqqında danışıb.

Avropa İttifaqının yüksək vəzifəli rəsmisi deyib: "Əfqanıstanın gələcək hökuməti ilə əməkdaşlıq üçün şərtlərimiz var, sazişlərin dinc xarakterli olması və tərəflərin bir-birinin hüquqlarına hörmətlə yanaşması bu şərtlərə daxildir."

Cozef Borrel çıxışının davamında deyib: “Əfqanıstanda baş verən hadisələrdən öyrəniləcək çox şey var. Taliban ölkəni ələ keçirdiyindən onlarla əlaqədə olmalıyıq."