QR CodeQR Code

Talibanın hakimiyyəti ələ keçirməsinə yardım edən ABŞ Əfqanıstanın dövlət ehtiyatlarını oğurlayır!

إسلام تايمز , 18 Aug 2021 09:32

İslamTimes: Talibanın minlərlə üzvünü həbsxanadan azad etdirdikdən sonra, öz qüvvələrini də Əfqanıstandan geri çəkərək Talibanın hakimiyyəti ələ keçirməsinə yardım edən ABŞ Əfqanıstanın dövlət ehtiyatlarını dondurub!


ABŞ administrasiyası 15 avqust tarixində Əfqanıstan hökumətinin Amerika banklarında olan dövlət ehtiyatlarını dondurub. ABŞ iddia edir ki, bunda məqsəd  “Taliban” hərəkatının nümayəndələrinin bu ehtiyatlara daxil ola bilməsinin qarşısını almaqdır.

Amma aydın olan budur ki, illərlə, İraq, Suriyadan neft, taxıl oğurluğu ilə məşğul olan, məntəqə ölkələrini çapıb talayan ABŞ bu gün də Əfqanıstanın milyardlarla dollar pullarını mənimsəmək niyyətindədir. Bu qərar ABŞ-nin maliyyə naziri Canet Yellen tərəfindən qəbul edilib və ABŞ Dövlət Departamenti də bu addımın müzakirəsində iştirak edib.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Əfqanıstan Mərkəzi Bankının ümumi ehtiyatları aprelin sonunda 9,4 milyard dollar təşkil edirdi.


Story Code: 949127

News Link :
https://www.islamtimes.org/az/news/949127/talibanın-hakimiyyəti-ələ-keçirməsinə-yardım-edən-abş-əfqanıstanın-dövlət-ehtiyatlarını-oğurlayır

Islam Times
  https://www.islamtimes.org