0
Saturday 21 August 2021 - 14:05

Hizbullah əsgərlərinin həlak olması xəbərinə münasibət bildirib

Story Code : 949587
Hizbullah əsgərlərinin həlak olması xəbərinə münasibət bildirib
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Hizbullah-a məxsus əl-İlam əl-Hərbi adlı media qurumu İsrailin Suriyaya son aviazərbələrində həlak olanlarla bağlı xəbərlərə münasibət bildirib.

Bildirilib ki, işğalçıİsrail rejimi təyyarələrinin Suriyaya son təcavüzündə müqavimət hərəkatının üzvlərinin həlak olması əsassızdır. Əlavə edilib ki, müqavimət gücləri təcavüzə məruz qalan bölgələrdə olmayıblar.

Bundan öncə əl-Ərəbiyyə və əl-Hədəs telekanalları sözügedən iddianı yayımlamışdılar.

Qeyd edək ki, cari ayın 19-da İsrail Suriyanın Rif-Diməşq və Homs əyalətlərini Livan səmasından və Aralıq dənizindən hədəfə alıb. Havadan müdafiə 24 raketin 22-ni zərərsizləşdirib.