QR CodeQR Code

Ənsarullah: Yəməndəki ingilis hərbçilər işğalçıdırlar!

21 Aug 2021 21:29

İslamTimes: Ənsarullah hərəkatı rəsmisi bildirib ki, Yəməndəki ingilis hərbçilər işğalçıdır və Müqavimət Hərəkatı onları hədəf almaq hüququna malikdir!


Ənsarullah hərəkatının rəsmi sözçüsü Məhəmməd Əbdül Salam son müsahibəsində ingilis qoşunlarının Yəmən torpaqlarında olması mövzusuna toxunaraq işğalçı qüvvələrlə bağlı bir çox məsələlərə işarə edib.

Məhəmməd Əbdül Salam deyib: "İngilis qoşunlarının Əl-Mahrada olması əslində yeni məsələ deyil. Onlar iki ildir oradadır. Yəməndə xarici hərbçilərin mövcudluğu qəbuledilməzdir. Bu qüvvələr istər Amerika hərbçiləri olsun, istər ingilis, istər Səudiyyə, istər BƏƏ, istərsə də Sudan qüvvələri! Yəmən Respublikası ərazisində heç bir ölkənin hərbi varlığını qəbul etmir! Ölkəmizdəki belə qüvvələri işğalçı kimi qəbul edirik. Buna uyğun olaraq mübarizə aparmaq əzmindəyik. Bu qüvvələr qeyri-qanuni şəkildə bura yerləşib və qəbuledilməzdir. Onların ölkəmizdə varlığı nə beynəlxalq, nə də daxili qanunlara uyğun gəlir!"


Story Code: 949654

News Link :
https://www.islamtimes.org/az/news/949654/ənsarullah-yəməndəki-ingilis-hərbçilər-işğalçıdırlar

Islam Times
  https://www.islamtimes.org