QR CodeQR Code

Avropa Parlamentinin üzvü Bəşər Əsədlə görüşdü

إسلام تايمز , 21 Aug 2021 21:46

İslamTimes: Bəşar Əsəd: "Suriyaya qarşı sanksiyalar və blokadalar Suriya xalqının gündəlik həyatına pis təsir edib. Ancaq Suriya xalqı artıq yeni çıxış yolları tapmağı öyrənib..."


Suriyanın rəsmi xəbər agentliyindən (SANA) verilən məlumata görə, fransız siyasətçi və Avropa Parlamentinin üzvü Tierri Mariani bir bu gün Suriya prezidenti Bəşər Əsədlə görüşmək üçün paytaxt Dəməşqə yollanıb.

Bəşər Əsəd və Tierri Mariani Suriyada baş verən son hadisələri müzakirə ediblər. Suriya prezidenti AP üzvü olan siyasətçiyə deyib: "Suriyaya qarşı sanksiyalar və blokadalar Suriya xalqının gündəlik həyatına pis təsir edib. Ancaq Suriya xalqı artıq yeni çıxış yolları tapmağı öyrənib. Biz problemləri aradan qaldırmaq üçün yeni üsullardan istifadə edirik..."

Bəşər Əsəd Avropa Parlamenti üzvünün bu səfərini müsbət qarşıladığını vurğulayaraq əlavə edib: "Terrorizm və ekstremizm Yaxın Şərqdə yürüdülən yanlış siyasətlərin nəticəsidir".


Story Code: 949658

News Link :
https://www.islamtimes.org/az/news/949658/avropa-parlamentinin-üzvü-bəşər-əsədlə-görüşdü

Islam Times
  https://www.islamtimes.org