0
Saturday 21 August 2021 - 22:34

Çin: ABŞ-ın hərbi müdaxilələri heç zaman nəticə verməyəcək

Story Code : 949670
Çin: ABŞ-ın hərbi müdaxilələri heç zaman nəticə verməyəcək
Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin sözçüsü Hua Çunyinq mətbuat konfransında deyib: "Ötən əsrdəki "Vyetnam Sindromu"ndan cari əsrdəki "Əfqanıstan Sindromu"na qədər ABŞ başqa ölkələri öz ürəyi istədiyi kimi dəyişdirmək istəyib.

Hua Çunyinq Amerika universiteti professoru Cefri Saksın yeni məqaləsinə toxunaraq deyib: "Demək olar ki, ABŞ-ın bütün inkişaf etməkdə olan ölkələrə hərbi müdaxilələri, Laos, Kamboca, Cənub-Şərqi Asiyadakı Koreya müharibəsindən İraq müharibəsinə qədər, Qərbi Asiya və Latın Amerikasına müdaxilələr, Suriya, Liviya, indi də Əfqanıstan işğalçılığı hamısı uğursuzluqla, məğlubiyyətlə sonuclanıb! ABŞ-ın Əfqanıstan üçün xərclədiyi pulların 2 faizdən də az hissəsi, Əfqanıstan xalqına ayrılıb. ABŞ başqa ölkələrlə də həmkarlıq edərək, məktəb, tibb mərkəzləri inşa edə biləcəyi bir şəraitdə, yalnız, müharibə, qətliam izləri ilə yadda qalır!"