QR CodeQR Code

Çin: ABŞ-ın hərbi müdaxilələri heç zaman nəticə verməyəcək

إسلام تايمز , 21 Aug 2021 22:34

İslamTimes: Çin Xarici İşlər Nazirliyi ABŞ-ın digər ölkələrə hərbi müdaxilələrinin heç bir yerə varmayacağını bildirib.


Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin sözçüsü Hua Çunyinq mətbuat konfransında deyib: "Ötən əsrdəki "Vyetnam Sindromu"ndan cari əsrdəki "Əfqanıstan Sindromu"na qədər ABŞ başqa ölkələri öz ürəyi istədiyi kimi dəyişdirmək istəyib.

Hua Çunyinq Amerika universiteti professoru Cefri Saksın yeni məqaləsinə toxunaraq deyib: "Demək olar ki, ABŞ-ın bütün inkişaf etməkdə olan ölkələrə hərbi müdaxilələri, Laos, Kamboca, Cənub-Şərqi Asiyadakı Koreya müharibəsindən İraq müharibəsinə qədər, Qərbi Asiya və Latın Amerikasına müdaxilələr, Suriya, Liviya, indi də Əfqanıstan işğalçılığı hamısı uğursuzluqla, məğlubiyyətlə sonuclanıb! ABŞ-ın Əfqanıstan üçün xərclədiyi pulların 2 faizdən də az hissəsi, Əfqanıstan xalqına ayrılıb. ABŞ başqa ölkələrlə də həmkarlıq edərək, məktəb, tibb mərkəzləri inşa edə biləcəyi bir şəraitdə, yalnız, müharibə, qətliam izləri ilə yadda qalır!"


Story Code: 949670

News Link :
https://www.islamtimes.org/az/news/949670/çin-abş-ın-hərbi-müdaxilələri-heç-zaman-nəticə-verməyəcək

Islam Times
  https://www.islamtimes.org