0
Sunday 22 August 2021 - 10:17

Yaponiyanın XİN başçısı İrana səfər edib

Story Code : 949730
Yaponiyanın XİN başçısı İrana səfər edib
APA-nın Tehran bürosunun məlumatına görə, şənbə günü gecə Tehrana səfər edən T.Moteqi İran rəsmilərilə ikitərəfli əlaqələrin inkişafı, Yaxın Şərq və bir sıra digər məsələlər haqqında danışıqlar aparacaq.


Bildirilir ki, T.Moteqinin İran prezidenti İbrahim Rəisi, XİN başçısı Məhəmməd Cavad Zərif və xarici işlər naziri vəzifəsinə namizəd Hüseyn Əmir Əbdüllahianla görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Yaponiya XİN başçısı İrandan sonra Misir, işğalçı İsrail rejimi, İordaniya, Fələstin, Türkiyə və Qətərə səfər edəcək.