0
Sunday 22 August 2021 - 22:59

Paris: Biz Talibanı rəsmi olaraq tanımırıq; İranla əməkdaşlığa hazırıq

Story Code : 949827
Paris: Biz Talibanı rəsmi olaraq tanımırıq; İranla əməkdaşlığa hazırıq
Fransanın xarici işlər naziri  Jan İv Le Drian bu gün açıq şəkildə bildirib ki, rəsmi Paris Əfqanıstandakı vəziyyəti həll etmək üçün Rusiya, İran və Çinlə işləmək istəsə də, Əfqanıstandakı Taliban qrupunu rəsmi olaraq tanımaq niyyətində deyil.

Bu barədə Rusiyanın "Tass" informasiya agentliyi məlumat yayıb. Jan İv Le Drian deyib: "Ölkəni (Əfqanıstanı) zorla ələ keçirən Taliban qüvvəsini rəsmi olaraq tanıyırıqmı? Bu suala açıq şəkildə cavab verirəm: Əlbəttə ki, xeyr!"