0
Sunday 22 August 2021 - 23:20

Nəsrullah: Livandakı mövcud böhran ABŞ səfirliyinin işidir

Story Code : 949830
Nəsrullah: Livandakı mövcud böhran ABŞ səfirliyinin işidir
"Əl-Mayadin" informasiya agentliyinin məlumatına görə, Livanın "Hizbullah" Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bugünki çıxışı zamanı deyib: "Livan Müqavimətinə qarşı mübarizəyə rəhbərlik edənlər ABŞ səfirliyi və bu səfirliyin rəhbərləri olan səfirlərdir! Onlar Müqaviməti ləkələmək məqsədi ilə on milyardlarla pul xərclədilər, amma bunu bacarmadılar."

Seyid Həsən Nəsrullah əlavə edib: "ABŞ səfirliyi və rəsmi Vaşinqtonun nümayəndəsi olan səfirlər 2005-ci ildən bəri (Müqavimət Cəbhəsinə qarşı) mübarizə aparır və daim məğlub olurlar. ABŞ səfirliyinin istər media müharibəsi vasitəsi ilə, istərsə də digər sahələrə ayırdıqları pullar vasitəsi ilə həyata keçirdiyi bütün planlar uğursuzluqla nəticələnib..."