0
Monday 23 August 2021 - 10:35

Bayden Əfqanıstanla bağlı doğru qərar verdiyini açıqlayıb

Story Code : 949889
Bayden Əfqanıstanla bağlı doğru qərar verdiyini açıqlayıb
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə Əfqanıstandakı vəziyyətlə bağlı çıxışı zamanı deyib.

Eyni zamanda, ABŞ lideri Əfqanıstanla bağlı amerikalıların rəy sorğusunda verdikləri cavaba rəğmən bu fikri səsləndirib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Alabama ştatında tərəfdarlarının mitinqində qoşunları Əfqanıstandan geri çəkdiyinə görə ortaya çıxan problemlərələ bağlı Baydeni səriştəsiz adlandırıb: "Baydenin Əfqanıstandan qoşunları müvəffəqiyyətsiz çıxarması, onun kobud bacarıqsızlığının ən təəccüblü təzahürüdür. Bu, hərbçilərin geri çəkilməsi deyil, tamamilə təslim olmaqdır”.

Tramp Baydeni amerika qoşunlarının Əfqanıstanda 83 milyard dollarlıq hərbi texnikanı qoyaraq tərk etməsində ittiham edib.