0
Monday 23 August 2021 - 21:06

Livanda nəhayət ki, yeni hökumət təşkil edilir

Story Code : 950003
Livanda nəhayət ki, yeni hökumət təşkil edilir
Livan Prezidenti Mişel Aun, bu gün prezident Sarayında çıxışı zamanı bildirib ki, Livanda yeni hökumətin təşkili məsələsi ilə bağlı tezliklə yaxşı xəbərlər eşidiləcək.

Nəşrin yazdığına görə, Mişel Aun bu sözləri "Caritas Lebanon" xeyriyyə təşkilatı üzvləri ilə görüşündə söyləyib. Prezident bildirib ki, hökumət və dövlətə aid xidmətlərin olmadığı bir şəraitdə, korona virusun tüğyan etdiyi zaman xeyriyyə təşkilatları insanların problemlərinin həllində böyük xidmətlər göstərir.

Qeyd edək ki, daha öncə dövlətin təşkili Səd Həririyə tapşırılsa da, prezidentlə Səd Həriri arasında fikir ayrılıqlarının olması yeni hökumətin təşkilinə imkan verməmişdi.