0
Monday 23 August 2021 - 21:19

Sionist rejimdə xəstəxanalar korona xəstələrindən imtina edəcək!

Story Code : 950006
Sionist rejimdə xəstəxanalar korona xəstələrindən imtina edəcək!
Bazar ertəsi günü işğal altında olan Fələstindəki yeddi xəstəxana Sionist rejim rəhbərliyini koronavirusu olan xəstələri qəbul etməkdən imtina etməklə hədələyiblər.

Anadolu Xəbər Agentliyinin verdiyi məlumata görə, bu xəstəxanaların müdirləri, koronavirusun yenidən geniş şəkildə yayılması ilə əlaqədar problemlərinə diqqət çəkmək üçün Sionist rejimin Səhiyyə Nazirliyi qarşısında mətbuat konfransı təşkil ediblər.

Xəstəxanalardan birinin müdiri bildirib ki, sionist rejim Nazirlər Kabineti koronavirusa yoluxmuş xəstələri qəbul edən dövlət xəstəxanalarına kömək etmək üçün maliyyə öhdəliklərini yerinə yetirməyib. Bu isə xəstəxanaların ağır şəraitdə işləyə bilməsini daha da çətinləşdirib!