QR CodeQR Code

UNICEF Səudiyyə Ərəbistanının Yəməndə səbəb olduğu faciədən söz açıb

24 Aug 2021 00:57

İslamTimes: UNICEF: Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür. Bu ölümdən qaçmaq da mümkün ola bilərdi.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta For öz açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il 1,6 milyon uşaq zorakılıq nəticəsində didərgin düşüb.

“Bu gün Yəməndə 21 milyona yaxın insanın, o cümlədən 11,3 milyon uşağın sağ qalması üçün humanitar yardıma ehtiyacı var. 2,3 milyon uşaq qida tapa bilmir və 5 yaşa qədər təxminən 400 min uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir – onlar qaçılmaz ölümlə üz-üzədirlər”, - H.For BMT Təhlükəsizlik Şurasının iclasında belə deyib. O qeyd edib ki, 10 milyondan çox uşaq və təxminən 5 milyon qadın sağlamlıq xidmətlərindən kifayət qədər istifadə edə bilmirlər.

“Yəməndə qarşısının alınması mümkün ola bilən səbəblərdən, qida çatışmazlığından və peyvəndlə qarşısı alına bilən xəstəliklərdən hər 10 dəqiqədə bir uşaq ölür”, - deyə UNICEF rəhbəri əlavə edib.

Öz növbəsində, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və hövqəladə yardımlar üzrə koordinatoru Martin Qriffits qeyd edib ki, Yəməndə qida “müharibədən əvvəlkindən üç qat daha bahalıdır”, yanacaq isə əvvəlkindən 4 dəfə bahalı olub.


Story Code: 950046

News Link :
https://www.islamtimes.org/az/news/950046/unicef-səudiyyə-ərəbistanının-yəməndə-səbəb-olduğu-faciədən-söz-açıb

Islam Times
  https://www.islamtimes.org