QR CodeQR Code

Pentaqon: Əfqanıstandan insanları təxliyə edən təyyarələr təhlükə altındadır

24 Aug 2021 00:34

İslamTimes: ABŞ rəsmiləri hesab edir ki, Əfqanıstandan insanları təxliyə edən hərbi nəqliyyat təyyarələri ciddi təhlükə altındadır.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının (TRANSCOM) rəhbəri, general Stiv Layons Pentaqonda keçirdiyi brifinqdə bildirib.

“Bu, ciddi bir təhdiddir. Mən təfərrüatlara varmaq istəməzdim”, - S.Layons Kabilə gələn və şəhərdən ayrılan ABŞ hərbi nəqliyyat təyyarələrini nəyin təhdid edə biləcəyi ilə bağlı sualın cavabında belə deyib.

Onun sözlərinə görə, TRANSCOM mümkün təhdidləri müəyyən etmək üçün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə daim əlaqə saxlayır: “Əminəm ki, bunların qarşısını almaq üçün bütün lazımi tədbirləri görürük”.


Story Code: 950048

News Link :
https://www.islamtimes.org/az/news/950048/pentaqon-əfqanıstandan-insanları-təxliyə-edən-təyyarələr-təhlükə-altındadır

Islam Times
  https://www.islamtimes.org