0
Tuesday 24 August 2021 - 10:48

BMT "Taliban"a sanksiya tətbiq edəcək?

Story Code : 950096
BMT "Taliban"a sanksiya tətbiq edəcək?
Teleqraf.com xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi birifinqdə taliblərə qarşı hər hansı yeni sanksiyanın olub-olmayacağı ilə bağlı suala cavabında deyib.

“Biz hər zaman bildirmişik ki, sanksiya Təhlükəsizlik Şurasının arsenalında çox vacib vasitədir. Nə olursa olsun, sanksiyalar humanitar vəziyyəti ağırlaşdırmamalıdır. Bu, Baş katibin mövqeyidir”, - deyə Dujarrik bildirib.

Qeyd edək ki, daha əvvəl Kanadanın Baş naziri Castin Trudo ölkəsinin “Taliban”a qarşı sanksiya tətbiq edilməsi təşəbbüsünü dəstəklədiyini və G7 sammitində də bu məsələni qaldıracağını deyib.