QR CodeQR Code

İraqda ABŞ-ın iki hərbi təchizat karvanına hücum edildi

Deyerler , 24 Aug 2021 16:56

İslamtimes - raq mənbələri İraqın cənubunda ABŞ əsgərləri üçün hərbi avadanlıq daşıyan iki karvanın hədəfə alındığını bildirib.



Deyerler.org xəbər verir ki, Sabereen News Teleqram kanalı bu gün (24 avqust) Mutsənna və Zi Qar vilayətlərində ABŞ ordusunun iki hərbi təchizat karvanının hədəfə alındığını bildirib.
 
 
Məlumata görə, birinci karvan Nasiriyyədə, ikinci karvan isə Səmavədə hücuma məruz qalıb.
 
Əl-Aləm Əl-Maqavim xəbər saytı Nasiriyyə vilayətində ilk hücumla əlaqədar olaraq, Qasim Əl-Cabbarin adlı qrupun hücumun məsuliyyətini üzərinə götürdüyünü bildirib.
 
Son günlərdə İraq mənbələri ölkənin müxtəlif bölgələrində bir neçə ABŞ karvanının hücumu barədə məlumatlar paylaşıblar.
 


Story Code: 950165

News Link :
https://www.islamtimes.org/az/news/950165/iraqda-abş-ın-iki-hərbi-təchizat-karvanına-hücum-edildi

Islam Times
  https://www.islamtimes.org