0
Wednesday 25 August 2021 - 02:30

Bayden: “İŞİD Əfqanıstanda ABŞ və onun müttəfiqlərinə hücum imkanı axtarır”

Story Code : 950240
Bayden: “İŞİD Əfqanıstanda ABŞ və onun müttəfiqlərinə hücum imkanı axtarır”
"İŞİD-Xorasan" qruplaşmasının döyüşçüləri Əfqanıstanda ABŞ-ın hərbi qüvvələrinə və onun müttəfiqlərinə hücumların həyata keçirilməsi üçün imkan axtarırlar.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evdə Əfqanıstanda vəziyyətə həsr edilmiş çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden deyib.

"(Əfqanıstandan təxliyə-red) missiyamızın həyata keçirilməsini təmin etməkdə tam qərarlıyam. Mən artan riskləri də xatırlayıram. Onlar realdır, bunlar İŞİD-in Əfqanıstanda qolu - İŞİD-Xorasan kimi tanınan terror qruplaşmasının kəskin və artan təhlükəsi, eyni zamanda “Taliban”ın düşməni olduğunu nəzərə almalı olduğumuz əhəmiyyətli çağırışlardır”, - Ağ Ev rəhbəri deyib.

Onun sözlərinə görə, ABŞ hərbçilərinin Əfqanıstanın paytaxtı Kabildə olduğu hər gün "İŞİD-Xorasan" aeroporta, ABŞ-ın hərbi qüvvələrinə, müttəfiqlərə, həmçinin günahsız vətəndaşlara hücüm etməyə çalışır.