QR CodeQR Code

Sabiq prezident Həmid Karzay Əfqanıstanın İdarəetmə Şurasında yer alacaq

25 Aug 2021 12:48

İslamTimes: Sabiq prezident Həmid Karzay Əfqanıstanın İdarəetmə Şurasında yer alacaq


Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla, sabiq prezident Həmid Karzay və Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar radikal “Taliban” hərəkatının formalaşdırmağa çalışdığı Əfqanıstanın İdarəetmə Şurasının tərkibində yer alacaqlar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Ariana News” telekanalı məlumat yayıb.

“Talibançılar” Kabilə daxil olduqdan sonra qeyd olunan üç siyasi xadim hakimiyyətin əvvəlki siyasi qüvvədən “Talibana” dinc şəkildə ötürülməsi üzrə Koordinasiya Şurası yaradıblar. Onlar yeni hakimiyyət orqanları, o cümlədən hökumətin formalaşdırılması məqsədilə hərəkat nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.

Məlumata görə “Taliban” rəhbərliyi ölkənin əvvəlki hakimiyyətinin bəzi nümayəndələrinin də təmsil olunduğu 12 nəfərlik İdarəetmə Şurası yaratmaq niyyətindədir.

 


Story Code: 950298

News Link :
https://www.islamtimes.org/az/news/950298/sabiq-prezident-həmid-karzay-əfqanıstanın-idarəetmə-şurasında-yer-alacaq

Islam Times
  https://www.islamtimes.org