0
Wednesday 25 August 2021 - 16:14

Səudiyyə Ərəbistanı və BƏƏ Qətərdə çaxnaşma yaratmağa çalışır

Story Code : 950337
Səudiyyə Ərəbistanı və BƏƏ Qətərdə çaxnaşma yaratmağa çalışır
Livan mətbuatı bu haqda yazır: Qətərdə "yarı demokratik" bir bayram kimi qəbul edilən Qətər parlament seçkilərinə cəmi iki ay qalır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri isə bu seçki ərəfəsində Bəni Məra qəbiləsini təhrik edərək onları seçki qanununa etiraz etməyə sövq edir.

Bu seçkilərin Qətər, eləcə də Fars körfəzindəki ərəb ölkələri üçün bir dönüş nöqtəsi olacağından çəkinin Səudiyyə rejimi bu seçkilərə mane olmağa çalışır. Səudiyyə Ərəbistanı və BƏƏ yaxşı anlayır ki, Qətərdə seçkilərin keçirilməsi bu iki ölkə xalqının da oxşar seçkilər keçirmək tələblərini ikiqat artırmasına səbəb ola bilər.