0
Thursday 26 August 2021 - 16:29

Rusiya məhkəməsi bu sosial şəbəkələri cərimələyib

Story Code : 950549
Rusiya məhkəməsi bu sosial şəbəkələri cərimələyib
APA-nın Moskva müxbirinin “Roskomnadzor”un saytına istinadən verdiyi məlumata görə, Taqanskiy Rayon Məhkəməsi Rusiyadan olan istifadəçilərin məlumatlarını lokalizasiya etməkdən təkrar imtina etdiyi üçün ayrı-ayrı icraatda “Facebook”u 15 milyon rubl, “WhatsApp”ı 4 milyon rubl, “Twitter”i isə 17 milyon rubl məbləğində cərimələyib.

Hər üç sosial şəbəkə Rusiya vətəndaşlarının məlumatlarının lokalizasiyası ilə bağlı tələbi təkrar pozduğuna görə məhkəmə tərəfindən cərimələniblər.