QR CodeQR Code

Suriyada radikal qruplaşmadan hücum

26 Aug 2021 17:22

İslamTimes: Suriyada radikal qruplaşma üzvləri hərbçilərin maşınına hücum ediblər, ölən və yaralananlar var


Suriyanın Dəra əyalətində hərbçilərin maşınına hücum edilib.

SalamNews RT-ə istinadla xəbər verir ki, Suriyanın Dəra əyalətinin qərbində Nuva və Şeyx Miskin rayonlarını birləşdirən magistral yolda hərbçilərin maşını radikal qruplaşma üzvləri tərəfindən hücuma məruz qalıb.

Məlumata görə bu hücumda azı bir hərbçi ölüb və səkkizi yaralanıb.

Qeyd edək ki, Dəra əyalətinin Dəra əl-Bələd şəhəri radikal qruplaşma üzvlərinin aktiv olduğu bölgədir. Bölgədəki qruplaşma üzvləri yüngül silahları ilə birgə 2018-ci ildə məntəqəni İdlib istiqamətində tərk etsələr də şəhərdə qalan bəzi silahlılar son zamanlarda aktiv olmağa başlayıblar.


Story Code: 950552

News Link :
https://www.islamtimes.org/az/news/950552/suriyada-radikal-qruplaşmadan-hücum

Islam Times
  https://www.islamtimes.org