QR CodeQR Code

Ərdoğan Sarkozinin dəvətini rədd etdi

28 Aug 2011 10:26

IslamTimes - ABŞ isə hələ də Liviya Milli Keçid Şurası nümayəndəsi Cibrili lider kimi qəbul etmir.


Liviya əməliyyatları başlayanda keçirilən toplantıya Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı dəvət etməyən Fransa prezidenti Nikolas Sarkozi Qəddafi devrildikdən sonra əməliyyatlara dəstək verən ölkələrin sentyabrın 1-də daha bir yığıncağını keçirmək istəyir.

O, bu dəfə Ərdoğanı dəvət etsə də, Türkiyənin baş naziri bu dəvəti rədd edib.

24saat.az-ın məlumatına görə, Ərdoğan iclasa Ramazan bayramı səbəbindən getməyəcəyini bildirib. Rəsmi Ankara Parisdən gələn bu təklifə cavabda tədbirdə Türkiyəni xarici işlər nazirinin təmsil edəcəyini söyləyib.

İclasda Obama başda olmaqla bir çox ölkə başçısı iştirak etməyəcək. Dəvəti ilk olaraq Əhməd Davudoğluna Fransa xarici işlər naziri Alain Juppe çatdırıb. Fransanın Liviyada yeni dövrün formalaşdırılması və Milli Keçid Şurasının rəsmən qəbul edilməsi üçün hazırlıq toplantılarının İstanbulda keçirilməsinə qərar verilib. Juppe, təmas qrupu üzvlərinin qısa müddətdə bir yerə toplanmasını istəyib.

Qəddafinin səmimi dostlarından olan Sarkozi Milli Keçid Şurası nümayəndəsi Mahmud Cibrili çərşənbə günü sarayında qəbul edib. Bundan sonra keçirilən mətbuat konfransında iclasın sentyabrın 1-də keçiriləcəyi elan edilib. 1 sentyabr Müəmmər Qəddafinin 1969-cu ildə inqilab yolu ilə hakimiyyətə gəlməsinin ildönümüdür.

Cibril Parisdəki görüşdən sonra İstanbula gəlib. Burada xarici işlər naziri Əhməd Davudoğlu tərəfindən qəbul edilib. Davudoğlu ilə birlikdə mətbuat konfransı keçirdikdən sonra baş nazir Ərdoğanla görüşüb. Türkiyə Liviya Milli Keçid Şurasına tam dəstəyini ifadə edib.

Başda ABŞ olmaqla, bir çox ölkələr isə Cibrili hələ də lider kimi qəbul etmir.


Story Code: 95059

News Link :
https://www.islamtimes.org/az/news/95059/ərdoğan-sarkozinin-dəvətini-rədd-etdi

Islam Times
  https://www.islamtimes.org