0
Saturday 28 August 2021 - 14:40

Ayətullah Xamenei Talibanın Əfqanıstanı nəzarətə götürməsinə münasibət bildirib

Story Code : 950857
Ayətullah Xamenei Talibanın Əfqanıstanı nəzarətə götürməsinə münasibət bildirib
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

İbrahim Rəisinin Nazirlər kabinetinin üzvlərini qəbul edən Ayətullah Xamenei yeni hökumətə bəzi tövsiyələr verib və eyni zamanda Əfqanıstandakı proseslərə münasibət bildirib.

“Əfqanıstan bizə qardaş, eyni dildən, eyni dindən və eyni mədəniyyətdən olan ölkədir. Əfqanıstanın başına gələn bəlalar insanı şiddətli şəkildə mütəəssir edir. Biz Əfqanıstan xalqının tərəfindəyik. Dövlətlərsə gəlib gedəndir”, deyə Ayətullah Xamenei bildirib ki, İranın Talibanın quracağı hökumətlə münasibəti onların İrana olan münasibətindən asılıdır.