0
Saturday 28 August 2021 - 14:05

İran Suriyanın Bağdad toplantısına dəvət edilməməsini qınayıb

Story Code : 950859
İran Suriyanın Bağdad toplantısına dəvət edilməməsini qınayıb
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, İranın yeni xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Bağdada səfəri çərçivəsində Suriyanın da bu toplantıya dəvət edilməsinin zəruri olduğunu bildirib və rəsmi Dəməşqin bu toplantıda olmamasını qınayıb.

Qeyd edək ki, bölgədə təhlükəsizliklə bağlı Bağdad toplantısına İordaniya, Fransa, Qətər və Misir dövlət başçıları müstəvisində qatılıblar.

İran Səudiyyə Ərəbistanı və Türkiyə XİN rəhbərləri müstəvisində qatılıblar.

Bağdad topalntısı bu gündən işinə start verib.