QR CodeQR Code

İran XİN başçısı: ABŞ hökuməti General Süleymaninin terroruna görə cavab verməlidir

إسلام تايمز , 28 Aug 2021 23:39

İslamTimes: İraqa dəstək regional toplantısında iştirak etmək üçün bu səhər Bağdada üz tutan İranın yeni XİN başçısı Hüseyn Əmir Abdullahian, general Qasim Süleymaninin şəhid edildiyi məkanı ziyarət edib.


İran xarici işlər naziri jurnalistlərlə müsahibə zamanı deyib:

"Biz elə bir məkandayıq ki, burada terrorla mübarizə zəminində qəhrəmanlıqlar göstərən, general Süleymani kimi şəxsiyyətlər Amerika terrorçu ünsürlər tərəfindən şəhid edildi. Onlar terrorizmlə mübarizə yolunda canlarını fəda etdilər!

Vurğulamaq istərdim ki, İran Xarici İşlər Nazirliyində əsas planlarımızdan biri ABŞ dövləti və Ağ Ev adı ilə Qasim Süleymani və yoldaşlarına qarşı açıq şəkildə terror əməliyyatı həyata keçirən cinayətkarların hüquqi və beynəlxalq müstəvidə mühakiməsinə nail olmaqdır."


Story Code: 950948

News Link :
https://www.islamtimes.org/az/news/950948/iran-xin-başçısı-abş-hökuməti-general-süleymaninin-terroruna-görə-cavab-verməlidir

Islam Times
  https://www.islamtimes.org