0
Sunday 29 August 2021 - 15:22

Seyid Həsən Nəsrullah: “İŞİD-i Barak Obama və Hillari Klinton yaratdı”

Story Code : 951022
Seyid Həsən Nəsrullah: “İŞİD-i Barak Obama və Hillari Klinton yaratdı”

Deyerler.org xəbər verir ki, Seyid Həsən Nəsrullah Livanın şərqinin təkfirçi terrorçuların işğalından azad olunmasının dördüncü ildönümü münasibətilə dünən (27 avqust) axşam çıxış edərək bunları deyib: “Bu yüksəkliklərdə qələbə havayı əldə edilmədi, bu sahədə çoxlu fədakarlıqlar edildi.
 
Dörd il əvvəl dağlıq bölgələrdə qazanılan qələbə Suriyaya qarşı qlobal müharibənin və bölgə üçün hazırlanan təhlükəli planın bir hissəsi idi.
 
İŞİD Suriyaya nəzarəti ələ keçirmək istəyirdi və Livan da bu planın bir hissəsi idi... İŞİD-in məqsədi Tədmuru (Suriyanın şərqindəki səhranı) Əl-Qalamuna (Suriyanın qərbində və Livanın şərqində) götürmək və bunu bacara bilsəydi müharibə etmək daha çətin olacaqdı”.
 
Beynəlxalq və regional dəstəyə və İŞİD-in əlində olan bir çox imkanlara toxunan Seyid Həsən Nəsrullah, belə danışıb: “Bölgəyə minlərlə İŞİD üzvü gətirildi və ABŞ Livan hökumətinin İŞİD-lə mübarizə aparmasına mane oldu”.
 
O, qeyd edib ki, ABŞ-ın eks prezidenti Donald Tramp və digər ABŞ rəsmiləri dəfələrlə İŞİD-in Barak Obama və Hillari Klinton tərəfindən yaradıldığını vurğulayıblar.
 
İŞİD həmişə yüksəkliklər, Beyrut və ordu üçün təhlükə olub.
 
Livan hökumətinin İŞİD qarşısında terrorçularla mübarizə və ölkə ərazilərini müdafiə etməməsinə işarə edən Seyid Həsən Nəsrullah, belə davam edib: “ABŞ səfirliyi hökumətin orduya yardımını dayandıracağı ilə hədələyərək İŞİD-ə qarşı mübarizəsini əngəllədi.
 
Livanın prezidenti Mişel Aun ABŞ-ın terrorçularla mübarizə üçün müdaxilə etməməsi ilə bağlı təzyiqlərini rədd etdi və Hizbullah xalqın və dağlıq ərazilərin sakinlərinin istəyi ilə savaşa girdi.
 
İstər Livanın şərqində, istərsə də Suriyada bütün mübarizələrimiz, silahlarımız və qurğularımız ilk növbədə İran İslam Respublikasının sayəsində idi... Bütün təkfirçilərə və terrorçulara və israillilərə deyirik ki, geri dönsəniz, biz də geri qayıdacağıq”.
 
Seyid Həsən Nəsrullah çıxışında Əfqanıstandan da söz açaraq, yüksəkliklərin döyüşünün ordu-millət-müqavimət tənliyini quran yeni bir təcrübə yaratdığını qeyd edib: “ABŞ bəzi İŞİD liderlərini Əfqanıstana köçürdü. ABŞ-ın bu planı da çökür... Əfqanıstanda baş verən hadisələrə görə ... istifadə olunan hər söz aldatmadır və məqsədi işğal və hökmranlıqdır ... bu gün Əfqanıstanda şahidi olduğumuz şeylər, - amerikalılar etiraf edirlər ki - Mükəmməl Amerikanın uğursuzluğudur.
 
Nəinki ABŞ, hətta bəzi Avropa ölkələri [Almaniya] Əfqanıstandan spirt qutularını apardılar, lakin əfqanlı işyoldaşlarını çıxarmaqdan imtina etdilər. Kabildən bir uçuşda, bir çox heyvanın sahibi istəyi ilə 250 yer rezerv olmuşdur, o heyvanlar yerləşəndən sonra İngiltərə vizası olan bir çox əfqanıstanlını qalan yerlərdə oturmasına icazə verilmişdir”.
 
Hizbullahın baş katibi amerikalıların Suriya və İraqdan bəzi İŞİD liderlərini vertolyot və təyyarə ilə Əfqanıstana göndərdiyini söyləyib: “Bu, ABŞ-ın bölgənin süqut edəcəyini əmin olduğu zaman edildi ... Aİ-nin xarici siyasət üzrə məsul işçisi (kiminsə Əfqanıstanı tərk etdiyinə) dedi ki, (Əfqanıstanı tərk etmək üçün) istifadə olunan üsuldan təəssüflənirəm və heç kim (Əfqanıstandan çıxmaqla bağlı) avropalılarla məsləhətləşmədi ... və “vəziyyətimizi düzəltməliyik” dedi”.
 
Hizbullahın lideri çıxışının digər hissəsində Livan məsələlərinə və terrorçu qrupların təhlükələrinə toxunub: “Bəziləri deyirlər ki, İŞİD və Nusra Cəbhəsi Livan üçün heç bir təhlükə yaratmır. Bu gün eyni adamlar Livanın mühasirədə olmadığını söyləyirlər. Livan bir neçə ildir mühasirədədir. Bu adamların Livan haqqında heç bir məlumatı yoxdur.
 
ABŞ səfiri Misir qazının Suriya üzərindən (Livana) girməsinə icazə verəcəyini söyləyəndə, son üç ildə bunun qarşısını aldığını amerikalıların olduğunu etiraf etdi... Livan iqtisadiyyatına vurulan ziyana görə kim cavabdehdir?”.
 
Hizbullahın baş katibi ABŞ-ın sanksiyalarını və Livan və Suriyaya mənfi təsirlərini tənqid edərək, belə danışıb: “Sezar qanunu da Livanı mühasirəyə alır. ABŞ Livana sərmayə qoymağı qadağan etdi və bir çox livanlı iş adamı, sənətkar və şirkət Suriyaya sərmayə qoymaq istədi, amma ABŞ sanksiyaları buna mane oldu”.
 
Seyid Həsən Nəsrullah İrandan yanacaq idxalı məsələsinə toxunaraq, belə deyib: “Neft İrandan idxal olunacaq. Bu, ABŞ-ın ölkədəki planı üçün bir təhdiddir... İran Talibanın tələbi ilə Əfqanıstana neft ixracını bərpa etdi... Əvvəllər Əfqanıstan hökuməti İran neftini almaq üçün ABŞ-dan icazə almalı idi... Əgər Livan ABŞ üçün vacibdir, onu Sezar qanunundan və ya İrandan neft idxalından azad etməlidir”.
 
Hizbullahın baş katibi Livan kabinetinin qurulması məsələsinə də toxunaraq, belə danışıb: “Nazirlər Kabineti ən qısa müddətdə formalaşdırılmalıdır. Bu arada bəzi axmaqlar Vyana danışıqlarını gözlədiyimizi söyləyirlər. Biz böhranları həll etmək üçün ən qısa zamanda kabinet qurmaqda israr edirik. Amma təəssüf ki, Livandakı bütün tökülən qanlar, ağrılar və problemlər məmurları kabinet qurmağa sövq edə bilmədi ... Vaxtı deyil? Nazirlər və onların adları ilə bağlı məsləhətləşmələr bitməli deyil?”.
 
O, Beyrut limanında partlayışla bağlı aparılan istintaqın siyasi xarakter daşıdığını söyləyərək, belə deyib: “Baş nazirə (istefa vermiş Həsən Diyab) çağırış vərəqəsi göndərmək Beyrut limanında baş verən partlayışın araşdırılması ilə bağlı keçirdiyimiz bütün narahatlıqların doğru olduğunu göstərdi. Livan ədliyyə məmurları girməlidir”.
 
Seyid Həsən Nəsrullah çıxışında İmam Musa Sədrin oğurlanmasının ildönümü məsələsinə də toxunub: “İmam Musa Sədrin və onun iki yoldaşının oğurlanmasının ildönümü çox ağrılıdır. Çünki Livana və millətinə qarşı təcavüzdür və Vətən imamına, Livanın və bölgənin müqavimətinə və məzlumlarına qarşı böyük bir haqsızlıqdır.
 
İmam Sədrin hədəfə alınması, müqaviməti, Fələstinin azad edilməsini və daxili sülh layihəsini hədəfə almaqdır. Bu səbəbdən böyük zülm hiss edirik və İmam Sədrin övladları olduğumuzu vurğulayırıq. Onun yolunu tamamlayacağıq və onun qayıtmasını gözləyirik ... O, ölkədə istənilən bir fitnənin qarşısını aldı və bütün narahatlığı Livan xalqının həyatını xilas etmək idi ... çünki başqalarının planı Livanda fitnəni qızışdırmaq idi və bu ölkəni məhv etmək idi. Bu səbəbdən bu maneəni aradan qaldırmalı oldular. Bu səbəbdən İmam Musa Sədri hədəfə almaq müqavimət və Qüdsün azad edilməsi planına hücum idi”.
 
 
 
Source : Deyerler
Comment