0
Sunday 29 August 2021 - 14:32

İraq konfransı bitdi: yekun sənəd imzalandı

Story Code : 951023
İraq konfransı bitdi: yekun sənəd imzalandı
Modern.az xəbər verir ki, avqustun 28-29-da Bağdadda regionun 9 dövlətinin iştirakı ilə konfrans keçirilib və o qədər də sabit olmayan regionun gələcəyi müzakirə edilib. Konfransın işində Türkiyə, İran, İraq, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Səudiyyə Ərəbistanı və Fransa təmsil olunub. Qeyd edək ki, Fransa və Misir konfransda prezident səviyyəsində təmsil olunub. General əs-Sisi və Emanuel Makronun bu tədbirdə iştirakı onun mahiyyətinin böyük olmasından xəbər verir. Digər dövlətlər konfransda xarici işlər nazirləri səviyyəsində təmsil olunub.

Konfransın yekun sənədində qeyd edilir ki, regionda sülh və sabitliyin yaradılması üçün regional qüvvələr birləşməli və diplomatik səylər artmalıdır. Bu sənəddə göstərilən müddəaların həyata keçəcəyini isə zaman göstərəcək.