QR CodeQR Code

Səna: Yəmənin mühasirəsi Yəmən xalqından qisas almaq üçündür

إسلام تايمز , 29 Aug 2021 23:35

İslamTimes: "Yəmən Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bildirib ki, 26 Mart 2015-ci ildə başlayan Yəmənə qarşı mühasirə heç vaxt ordunun və xalq komitələrinin hərbi gücünə mənfi təsir göstərməyib.


Əl-Əzzi əlavə edib ki, Yəmənin mühasirəyə alınmasında əsl məqsəd bu ölkə xalqından qisas almaqdır. Amma bu mühasirənin acınacaqlı nəticələri olacaq.

Əl-Əzzi öz Twitter hesabında yazıb: "Mühasirənin silah qaçaqmalçılığının qarşısının alınması məqsədi ilə tətbiq edildiyini iddia etmək gülüncdür, çünki bu iddialar qətiyyən doğru deyil. Səudiyyə koalisiyasının gəmiləri, patrullar dənizdə, o cümlədən peyklər havadan Yəmənə daxil olan bütün yükləri diqqətlə nəzarətdə saxlayır!"


Story Code: 951087

News Link :
https://www.islamtimes.org/az/news/951087/səna-yəmənin-mühasirəsi-yəmən-xalqından-qisas-almaq-üçündür

Islam Times
  https://www.islamtimes.org