0
Sunday 29 August 2021 - 23:55

ABŞ-ın Kabilə endirdiyi hava zərbəsi nəticəsində bir ailənin 9 üzvü həlak olub

Story Code : 951091
ABŞ-ın Kabilə endirdiyi hava zərbəsi nəticəsində bir ailənin 9 üzvü həlak olub
CNN xəbər verib ki, yerli sakinlərdən olan şahidlər ABŞ-ın bazar günü Kabilə endirdiyi hava zərbəsi nəticəsində bir ailənin doqquz üzvünün həlak olduğunu bildirib.

Məlumata görə, Amerikanın bazar günü həyata keçirilən hava hücumlarında ölənlərdən 6-sı uşaqdır.

Fox News kanalı isə ABŞ-ın bazar günü Kabil hava limanından 3 km aralıda İŞİD terror qruplaşmasına hücum etdiyini və iki terrorçunu öldürüldüyünü bildirib.