QR CodeQR Code

Zelenski ilə Baydenin görüşü təxirə salınıb

30 Aug 2021 10:04

İslamTimes: Ukrayna prezidenti Vladimir Zelenskinin Amerika lideri Co Baydenlə avqustun 31-nə təşkil edilmiş görüşü təxirə salınıb.


APA xəbər verir ki, bu barədə “RBC Ukrayna” agentliyinə Prezident aparatındakı mənbə bildirib.

Məlumata görə, Zelenski ilə Baydenin sentyabrın 1-də görüşəcəyi planlaşdırılır.

Qeyd edək ki, görüş ikinci dəfədir təxirə salınır – bundan əvvəl prezidentlərin avqustun 30-da görüşəcəyi planlaşdırılsa da, sonradan plan dəyişdirilib. Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bildirdiyinə görə, bu, səfər proqramının genişləndirilməsi ilə əlaqədardır.


Story Code: 951118

News Link :
https://www.islamtimes.org/az/news/951118/zelenski-ilə-baydenin-görüşü-təxirə-salınıb

Islam Times
  https://www.islamtimes.org