QR CodeQR Code

İran XİN: “ABŞ hökuməti general Süleymaninin qətlinə görə cavab verməlidir”

Deyerler , 30 Aug 2021 11:21

İslamtimes - İraqı dəstəkləyən regional bir toplantıda iştirak etmək üçün bu gün (28 avqust) səhər Bağdad Hava Limanına gələn İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian general Qasım Süleymaninin şəhid olduğu yeri ziyarət edib.



Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri daha sonra jurnalistlərə verdiyi açıqlamasında bunları deyib: “Biz də elə bir yerdəyik ki, əzizimiz Hacı Qasım Süleymani ilə yanaşı, Əbu Mehdi Əl-Mühəndis də şəhid oldu, bütün İran və İraq şəhidlərinin xatirəsini və müqavimətini əziz tuturuq.
 
Vurğulamaq istərdim ki, Xarici İşlər Nazirliyində əsas planlarımızdan biri ABŞ hökuməti və Ağ Ev adı ilə bu böyük qəhrəmanlara qarşı açıq şəkildə terror aktları həyata keçirən tərəflərə qarşı ciddi hüquqi və beynəlxalq səylər göstərməkdir.
 
ABŞ-ın əvvəlki rəhbərliyi belə bir cinayət törətmiş olsa da, ABŞ məsuliyyət daşımalıdır, ABŞ hökuməti bu terror aktından qaça bilməz və cavab verməli, bu terror aktı və hücumu törədənlər cəzalandırılmalı və ədalətə cəlb edilməlidir”.
 


Story Code: 951129

News Link :
https://www.islamtimes.org/az/news/951129/iran-xin-abş-hökuməti-general-süleymaninin-qətlinə-görə-cavab-verməlidir

Islam Times
  https://www.islamtimes.org