0
Monday 30 August 2021 - 15:22

İşğalçı İsrail müdafiə naziri ilə Mahmud Abbas arasında görüş baş tutub

Story Code : 951178
İşğalçı İsrail müdafiə naziri ilə Mahmud Abbas arasında görüş baş tutub
SalamNews Sionist rejim mətbuatına istinadla xəbər verir ki, işğalçı İsrailin müdafiə naziri Beni Qants ötən gün (işğal altında olan) İordan çayının Qərb sahilində Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla görüşüb.

Məlumata görə tərəflər hər hansı bir siyasi razılaşmadan deyil, sırf təhlükəsizlik və iqtisadi mövzuları müzakirə ediblər.

Qeyd edək ki, bu görüş işğalçı İsrailin baş naziri Naftalı Bennetin Vaşinqtonda Co Baydenlə bir araya gəlməsindən az sonra baş tutub.

Bu arada Fələstinin İslami Müqavimət Hərəkatı (HƏMAS) və “İslami Cihad” hərəkatı bəyanat verərək, Mahmud Abbasın İsrail müdafiə naziri ilə görüşünü qınayıblar.