0
Monday 30 August 2021 - 23:58

Ənsarullahdan Baydenə: “Raketlər atılanda da sənin mürgüləməyin faydalı olar”

Story Code : 951286
Ənsarullahdan Baydenə: “Raketlər atılanda da sənin mürgüləməyin faydalı olar”
Deyerler.org xəbər verir ki, Ənsarullah hərəkatının aparıcı liderlərindən biri olan Məhəmməd Əli Əl-Husi ABŞ-ın prezidenti Cozef Baydenin işğalçı rejimin baş naziri Neftali Bennettlə görüşündə mürgüləməsinə atdığı yumor dili ilə belə reaksiya verib: “Naftali Bennett və Bayden arasındakı görüş o qədər cansıxıcı idi ki, ABŞ prezidenti yuxuya getdi.

Bennett yanında ikən mürgüləyən biri, Fələstin və Livanın müqavimətinin raketlərinə qarşı sirena çalındığını öyrənəndə də mürgüləməsi daha yaxşı olar.

Bu işğalçı rejimin xarici siyasətinin darıxdırıcı oxlarının zəiflədiyini və uğursuz olacağını göstərir”.