0
Tuesday 31 August 2021 - 23:55

İran mövzusu Sionist rejimdə qalmaqala səbəb oldu

Story Code : 951498
İran mövzusu Sionist rejimdə qalmaqala səbəb oldu
Likud partiyasının üzvü Zaçi Hanqbi, çərşənbə axşamı günü İsrail parlamentinin xüsusi iclasında Naftali Bennetin ötən həftə Ağ Evdə keçirdiyi görüşdə İran mövzusunda ABŞ prezidenti Co Baydenə təslim olduğunu iddia edib.

Co Bayden həmin görüşdə Vaşinqtonun Tehranla diplomatiya yoluna sadiq olduğunu, ancaq diplomatiyanın cavab vermədiyi təqdirdə başqa üsullardan istifadə etməyə hazır olduğunu iddia edib.

Sionist rejim mətbuatı iddia edib ki, Naftali Bennetin Netanyahudan fərqli olaraq İran və HBFP sazişi mövzusunda ABŞ ilə fikir ayrılıqlarını üzə çıxarmaq niyyəti yoxdur.