QR CodeQR Code

Baydeni xilas etmiş tərcüməçi Əfqanıstanda "unuduldu"

1 Sep 2021 01:54

İslamTimes: ABŞ ordusu 2008-ci ildə Əfqanıstanda köməksiz vəziyyətdə qalmış amerikalı senatorlar – Co Bayden, Con Kerri və Çak Hegeli xilas etməyə gələn tərcüməçi Məhəmmədi Əfqanıstandan təxliyə etməyib.


Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.

Belə ki, 13 il əvvəl Əfqanıstanın dağlıq vilayətlərindən birində adı çəkilən siyasətçilərin olduğu helikopter qar fırtınası səbəbindən təcili eniş edir.

Həmin vaxt ekipaj heyəti bununla bağlı siqnal göndərir. Yardıma gələn ABŞ 82-ci hava-desant diviziyasının tərkibində əfqan əsilli Məhəmməd də olur.

Bu yaxınlarda Məhəmməd Baydenə məktub ünvanlayaraq onu xilas etməsini istəyib.

“Salam, cənab prezident. Məni və ailəmi xilas edin. Bizi burada qoymayın”, - deyə məktubunda bildirib.

Qeyd edilir ki, Məhəmməd artıq uzun müddətdir ailəsi birgə Talibandan gizlənir. O, Talibanın Kabili ələ keçirməsindən sonra ABŞ-a getmək üçün müraciət etsə də, amerikalı hərbçilər ona ailəsini ölkədə qoymaq şərtilə, yalnız özünün gedə biləcəyini bildirmişdilər.


Story Code: 951514

News Link :
https://www.islamtimes.org/az/news/951514/baydeni-xilas-etmiş-tərcüməçi-əfqanıstanda-unuduldu

Islam Times
  https://www.islamtimes.org