QR CodeQR Code

BMT: Əfqanıstanda humanitar fəlakət qaçılmazdır!

1 Sep 2021 01:09

İslamTimes: Əfqanıstanda humanitar fəlakət yaxınlaşır.


Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, Əfqanıstan əhalisinin təxminən yarısı – 18 milyon insanın humanitar yardıma ehtiyacı var:

“Hər 3 əfqandan biri növbəti dəfə nə vaxt qida qəbul edəcəyini bilmir. Beş yaşınadək olan uşaqların yarısından çoxunun gələn il qida qıtlığı ilə üzləşməsi gözlənilir. İnsanlar hər gün əsas mal və xidmətlərə çıxışlarını itirirlər. Humanitar fəlakət yaxınlaşır”.


Story Code: 951517

News Link :
https://www.islamtimes.org/az/news/951517/bmt-əfqanıstanda-humanitar-fəlakət-qaçılmazdır

Islam Times
  https://www.islamtimes.org