QR CodeQR Code

İşğalçı İsraildə koronavirus fəlakəti: gündəlik yoxulma sayı 11 mini keçdi!

1 Sep 2021 02:37

İslamTimes: Sionist rejim Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə ilk dəfə olaraq 11 077 koronavirusa yoluxub. "The Times of Israel" nəşri yazır ki, bu pandemiya başlayandan bəri ölkə üçün rekord göstəricidir.


Xəstəxanalarda 716 xəstə ağır vəziyyətdədir, və bu nisbətən sabit bir rəqəmdir. Onlardan 159-u süni nəfəs aparatına qoşulub. Səhiyyə Nazirliyinin proqnozlarına görə, tədris ilinin başlanması yoluxma sayının kəskin artmasına səbəb ola bilər.

Xatırladaq ki, 2021-ci ilin əvvəlində, işğalçı İsrail rejimi vaxtından əvvəl pandemiya üzərində qələbə elan edib və maska ​​rejimini ləğv edib. /Virtualaz/


Story Code: 951519

News Link :
https://www.islamtimes.org/az/news/951519/işğalçı-israildə-koronavirus-fəlakəti-gündəlik-yoxulma-sayı-11-mini-keçdi

Islam Times
  https://www.islamtimes.org