0
Wednesday 1 September 2021 - 20:34

Suriyada ABŞ və Britaniya qüvvələrinin olduğu bazaya raketlər atılıb

Story Code : 951633
Suriyada ABŞ və Britaniya qüvvələrinin olduğu bazaya raketlər atılıb
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat verib.

Bildirilib ki, Dirazzurda separatçı kürd bölmələrinin və ABŞ qüvvələrinin nəzarətində qalmış Kuniko qaz emalı zavodu yaxınlığındakı qərargaha raketlər atılıb.

Bu raketlər ərazidə yalnız dağıntılara səbəb olub.

Hücumu hələ heç bir tərəf öhdəsinə götürməyib.

Qeyd edək ki, ABŞ hərbi koalisiyası və separatçı kürd bölmələri İŞİD-lə mübarizə adı ilə bölgəni nəzarətdə saxlayırlar.