0
Wednesday 1 September 2021 - 21:57

AB: ABŞ-dan asılı olmadan hərəkət etməliyik!

Story Code : 951673
AB: ABŞ-dan asılı olmadan hərəkət etməliyik!
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel çərşənbə günü Əfqanıstandakı hadisələrdən danışarkən Avropa Birliyinin artıq ABŞ-dan asılı olmadan qərarlar qəbul etməli olduğunu bildirib.

Reuters-in məlumatına görə, Şarl Mişel deyib:
"Fikrimcə, AB-nin qlobal miqyasda qərar qəbul etmək üçün daha çox müstəqilliyə sahib olması üçün başqa bir geosiyasi hadisəyə ehtiyacımız yoxdur."

ABŞ ilə Taliban arasında 2020-ci ilin fevral ayında "sülh müqaviləsi"nin imzalanmasından sonra ABŞ və müttəfiqlərinin hərbçilərinin Əfqanıstandan çıxarılması prosesi başladı. Amma son həftələrdə Əfqanıstanda qarşıdurmalar şiddətləndi və Taliban Əfqanıstanın bir çox şəhərlərini nəzarətə götürdü. ABŞ uğursuz siyasəti nəticəsində baş verən bu hadisələr rəsmi Vaşinqtonun Avropa Birliyi və digər dünya ölkələrinin nəzdində nüfuzdan düşməsinə səbəb olub.