0
Thursday 2 September 2021 - 16:28

Lavrov Qərbi çoxbilmiş kimi davranmaqdan əl çəkməyə çağırdı

Story Code : 951807
Lavrov Qərbi çoxbilmiş kimi davranmaqdan əl çəkməyə çağırdı
Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü bildirib ki, Qərb ölkələri mövcud siyasətlərindən əl çəksələr, Moskva onlarla münasibətləri inkişaf etdirməyə hazırdır.

Sputnik-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

“Biz heç zaman gərginlik yaranması tərəfdarı olmamışıq. Qərb ölkələri yanaşmalarını, davranışlarını dəyişdikləri təqdirdə biz Qərblə yaxınlaşmağa açıq olacağıq. Yetər ki, onlar özlərini hər şeyi bilən və səhvsiz qərarlar qəbul edən müəllimlər kimi aparmasın. Rusiya yalnız özünün ev tapşırıqlarını yerinə yetirən tələbədir!"