0
Thursday 2 September 2021 - 17:52

Sionist diplomat: Britaniya ilə daim İranla bağlı müştərək mövqeyə sahib olmuşuq

Story Code : 951819
Sionist diplomat: Britaniya ilə daim İranla bağlı müştərək mövqeyə sahib olmuşuq
İşğalçı İsrailin İngiltərədəki səfiri Tzipi Hotoveli İranın nüvə proqramına qarşı əsassız ittihamları təkrar səsləndirərək Britaniya ilə sionist rejimin rəsmi Tehrana qarşı ortaq mövqeyə sahib olduğunu vurğulayıb.

Londonda yerləşən yəhudi həftəliyi "The Jewish Chronicle"-ə müsahibə verən İsrailin İngiltərədəki səfiri Təl-Əviv-London əlaqələrindan danışıb.

Müsahibə zamanı Hotwalli əvvəlcə İngiltərədə "antisemitizmin artması" ilə əlaqədar narahatlığını ifadə edib və London rəsmilərini bu problemi həll etməyə çağırıb. O daha sonra İranda yeni dövlətin iş başına gəlməsindən sonra bu ölkənin nüvə fəaliyyətinin daha “təhlükəli” olduğunu və bu səbəbdən İsrail ilə Britaniyanın müştərək mövqeyinin daha yüksək əhəmiyyət daşıdığını söyləyib.